Konkur yarışında 25 idmançı 65 atla mübarizə aparacaq

Konkur yarışında 25 idmançı 65 atla mübarizə aparacaq


Mayın 1-4-də Binə qəsəbəsindəki "Elite Horse Club”un açıq manejində atçılığın konkur növü üzrə CSI4* kateqoriyalı beynəlxalq turnir keçiriləcək.
Ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunan turnirdə Azərbaycan, Türkiyə, Rusiya, Ukrayna, Rumıniya və İrandan 25-ə yaxın idmançı 65 atla yarışacaq. Turniri Türkiyə, Bolqarıstan, Rusiya, İran və Rumıniyadan dəvət olunan hakimlər kollegiyası idarə edəcək. Yarışın ümumi mükafat fondu 265 min ABŞ dolları təşkil edir.