Macarıstanın Debretsen şəhərində keçırılmış boks üzrə beynəlxalq turnir başa çatıb.
Azərbaycan boksçuları yarışda bir qızıl, iki gümüş və bir bürünc medal qazanıblar. 56 kq cəki dərəcəsində mübarizə aparan Tayfur Əliyev finalda Böyük Britaniya təmsilçisi Aşfaq Qaisdadi məğlub edərək fəxri kürsünün ən yüksək pilləsində qərarlaşıb.
Lorenzo Sotomayor (64 kq) da 2-ci yerə layiq görülüb. Kuba əsilli boksçumuz finalda qazaxıstanlı Ablaixan Jussupova məğlub olub. Digər təmsilçimiz - Kamran Şahsuvarlı (75 kq) finalda fransalı Kristian Mbilliyeyə üstünlüyü əldən verib və yarışı gümüş medalla başa vurub. Yığmamızın liderlərindən hesab edilən Teymur Məmmədov isə (81 kq) yarımfinalda mübarizəni dayandıraraq bürünc medalla kifayətlənib.