Xətai rayon Gənclər və İdman İdarəsinin xronikası

Xətai rayon Gənclər və İdman İdarəsinin xronikası

Atıcılıq
Fevralın 3-4-də Xətai rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə 171 nömrəli tam orta məktəbin atıcılıq tirində rayon məktəbliləri arasında "Güllə atıcılığı” üzrə yarış keçirilib.

Olimpnews.az saytının məlumatına görə, birincilikdə rayonun 36 məktəb komandasının tərkibində 144 nəfər (72 oğlan, 72 qız) məktəbli qalib adı uğrunda mübarizə aparıb. Yarışda birinci yeri 171, ikinci yeri 269, üçüncü yeri isə 261 nömrəli tam orta məktəblərin komandaları tutublar.

Yarışda fəxri yerləri tutmuş komandalar rayon Gənclər və İdman İdarəsinin diplomları ilə mükafatlandırılıblar.



Şahmat
Fevralın 3-də Respublika Şahmat Mərkəzində paytaxt məktəbliləri arasında XXVIII spartakiadanın proqramına daxil olan şahmat üzrə yarışın final mərhələsinə yekun vurulub. Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən təşkil olunan yarışda 11 rayon komandasının tərkibində 66 nəfər (onlardan 22 nəfəri qızlardır) iştirak edib.

Yarışın nəticəsinə görə, Xətai rayonunu təmsil edən 269 saylı tam orta məktəbin komandası II yeri tutub. Yarışda fəxri yerləri tutmuş komandaların üzvləri Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən müvafiq dərəcəli diplomlar və medallarla təltif olunublar.