Sumo üzrə milli komandamız Avropada birinci yeri tutub

Sumo üzrə milli komandamız Avropada birinci yeri tutub

Polşanın Varşava şəhərində Azərbaycan idmançılarının iştirakı ilə sumo üzrə Avropa çempionatı keçirilib.
İdmançılarımız 21 yaşınadək olan sumoçular arasında üç qızıl və bir bürünc medal qazanıblar. Namiq Sadıxov (92 kq) və Əmiraslan Əhmədov (115 kq) bütün rəqiblərinə qalib gələrək qızıl medallara layiq görülüblər. Əmrah Əhmədov isə (70 kq-dək) yalnız bir görüşdə məğlub olaraq bürünc mükafata layiq görülüb. Yığmamız komanda hesabında 1-ci yerə çıxaraq komanda birinciliyində kuboka yiyələnib.