Kamandan oxatma üzrə paytaxt birinciliyinə yekun vurulub

Kamandan oxatma üzrə paytaxt birinciliyinə yekun vurulub

Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi (BŞGİBİ) tərəfindən "Lokomotiv” İdman Cəmiyyətində 1996-1998, 1999-2001,2000-ci il təvəllüdlü oğlan və qızlar arasında örtülü salonda kamandan oxatma üzrə Bakı birinciliyi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, birincilikdə "Məhsul”, "Spartak” və "Lokomotiv” idman cəmiyyətlərini təmsil edən 40 idmançı mübarizə aparıb.

Nəticələrə görə, 1996-1998-ci il təvəllüdlülər arasında Ramil Məmmədov və Xalidə Məmmədova qızıl medal qazanıblar. 1999-2001-ci il təvəllüdlü idmançıların yarışında Teymur Babayev və Ozay Qasımova fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar. 2000-ci il təvəllüdlü oxatanların mübarizəsində isə Seymur Safronov və Xalidə Vəlizadə birinci olublar.

Qalib idmançılar Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.