Fevralın 19-dan 21-dək Bakıda Milli Gimnastika Arenasında FIG "Challenge” seriyasından idman gimnastikası üzrə Dünya Kuboku yarışları keçiriləcək.
Fevralın 13-də Milli Gimnastika Arenasında İdman Gimnastikası üzrə Dünya Kubokunun açılış və mükafatlandırma mərasimlərinin əsas məşqi olub.
İdman Gimnastikası üzrə Dünya Kubokunda 19 ölkənin idmançıları iştirak edəcəklər. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 45 kişi və 22 qadın gimnast mübarizə aparacaq. Yarışların ilk iki günündə təsnifat mərhələləri, sonuncu gün ayrı-ayrı alətlər üzrə finallar keçiriləcək. Bu müddətdə tamaşaçılar üçün müxtəlif müsabiqələr və əyləncə xarakterli fləşmoblar da təşkil olunacaq.
Dünya Çempionatının bürünc mükafatçısı (paralel qollar), ilk Avropa Oyunlarında Azərbaycanın beş medal qazanmış yeganə idmançısı Oleq Stepko, habelə onun komanda yoldaşı Petro Paxnyuk Dünya Kubokunun favoritləri sırasındadır. Azərbaycanı qadınlar arasında yarışlarda Yuliya İnşina, Marina Nekrasova və Mariya Smirnova təmsil edəcək.