Tələbələrin dama yarışı

Tələbələrin dama yarışı

Bakı Qida Sənayesi Kollecinin "Gənclərin çağrışaqədərk hazırlığı və fiziki tərbiyə” fənn birləşməsinin tədbirlər planına uyğun olaraq, ulu öndər Heydər Əliyevin anadan olmasının 90 illiyinə həsr olunmuş dama yarışı keçirilib. İlkin oyunlarda 22 qrupun 50-dən artıq tələbəsi iştirak edib. Burada qalib gələn 8 ən güclü damaçı final oyununda iştirak etmək hüququ qazanıb. Dariəvi keçirilən bu oyunda 546-cı qrupun tələbəsi Firuz Fərəcov 7 xalla birinci yeri tutub. II-III yerlərə 560-cı və 561-ci qrupun tələbələri Samir Qubalıyev və Rahib Mikayılov çıxıblar. Qaliblər Bakı Qida Sənayesi Kollecinin Azad Həmkarlar İttifaqı Komitəsi tərəfindən mükafatlandırılıblar.