"Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyinə start verilib.
Yarışın keçirilməsində məqsəd ölkədə güləş idman növünün təbliği və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etməkdir.
Dünya Güləş Birliyinin mövcud qaydalarına əsasən təşkil olunan yarış şəxsi xarakter daşıyır. Yarışda klub və cəmiyyətlərin yığma komandalarının üzvü olan 1996-1998-ci il təvəllüdlü idmançılar iştirak edirlər.
Birinciliyin ilk günündə 160-dan artıq sərbəst güləşçi xalça üzərinə çıxacaq.