Güləşçilərimiz AGF kubokunda da güclü olduqlarını sübut etdilər

Güləşçilərimiz AGF kubokunda da güclü olduqlarını sübut etdilər

Xəbər verdiyimiz kimi, aprelin 18-21-də "Sərhədçi” İdman Olimpiya Mərkəzində Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda sərbəst güləş və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında beynəlxalq turnir keçirildi. Yarışda Azərbaycan idmançıları ilə yanaşı, Rusiya, Türkiyə, Qazaxıstan, Gurcüstan, Tacikistan, Almaniya, Ukrayna və Qırğızıstan təmsilçiləri də bacarıqlarını nümayiş etdirdilər.
Turnirin proqramına əsasən, aprelin 18-19-da yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər, ayın 20-21-də isə sərbəst güləş üzrə yeniyetmə və gənclər qüvvələrini sınadılar.
Sərbəst və yunan-Roma güləşçiləri müxtəlif çəki dərəcələri üzrə yarışdılar. Bütün görüşlər gərgin mübarizə şəraitində keçdi. Azərbaycan Güləş Federasiyasının kuboku uğrunda yarışda fərqlənən idmançılar federasiya tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olundular.
Yarışların birinci günü quvvəsini sınayan yeniyetmə yunan-Roma güləşçilərimiz 6 qızıl, 6 gümüş və 7 bürünc medalla komanda hesabında fəxri kürsünün ən yüksək pilləsində qərarlaşdılar. Gürcüstan komandası ikinci, Qazaxıstan yığması isə üçüncü yeri tutdu. Yunan-Roma güləşi üzrə gənc güləşçilərimiz də 3 qızıl, 2 gümüş və 8 bürünc medalla ilk pillədə qərarlaşdılar. Türkiyə və Gürcüstan yığmaları isə müvafiq olaraq II və III yerləri tutdular.
Yarışın üçüncü günü yeniyetmg sgrbgst güləşçilər qüvvəgərini sınadılar. Təmsilçilgrimiz 5 qızıl, 3 gümüş vg 8 bürünc medal qazandı. Bü nəticə ilə yığmamız komanda hesabında birinci oldu. Gürcüstan və Türkiyə yığmaları isə ikinci və üçüncü yeri tutdular.
AGF kubokunun son günündə gənc sərbəst güləşçilər arasında mükafatçılar müəyyənləşdi. Yekun nəticəyə görə, güləşçilərimiz 3 qızıl,5 gümüş və 4 bürünc medalla komanda hesabında birinci oldular. Qazaxıstan və Türkiyə yığmaları isə ardıcıl olaraq ikinci və üçüncü yerləri tutdular.
Yarışlar başa çatdıqdan sonra məşqçi və mütəxəssislər turnirlə bağlı fikirlərini bizimlə bödüşdülər.
Mustafa İbrahim, FİLA-nın nümayəndəsi:
- AGF kuboku uğrunda yarış yüksək səviyyədə təşkil olunmuşdu. Burada aparıcı güləş ölkələrinin təmsilçiləri mübarizə apardılar. Azərbaycan, Türkiyə, Rusiya,Gürcüstan güləşçilərinin çıxışları daha çox diqqətimi cəlb etdi. Bütün komandaların üzvləri yarışa ciddi və məsuliyyətlə hazırlaşıblar. Həm yeniyetmə, həm də gənclər arasında yüksək potensiallı idmançılar var. Hesab edirəm ki, onlar öz üzərlərində daha da məsuliyyətlə işləsələr, gələcəyin tanınmış Olimpiya, Avropa və dünya çempionu ola bilərlər.
Bu, mənim Bakıya ikinci səfərimdir. Bu şəhər çox xoşuma gəlir. Özümü burada doğma hiss edirəm. Sanki öz ölkəmdəyəm. Azərbaycanlılar qonaqpərvərliyi və mehribanlığı ilə seçilirlər.
Əsgərxan Novruzov, sərbəst güləş üzrə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi:
- Yeniyetmə güləşçilərimizin bu yarışa yüksək səviyyədə hazırlaşması üçün Azərbaycan Güləş Federasiyasının rəhbərliyi tərəfindən hər bir şərait yaradılmışdı. Yarış ərəfəsində yığma komandanın üzvləri təlim-məşq toplanışında iştirak etdilər. Ümumilikdə idmançılarımızın bu yarışda iştirakını yüksək qiymətləndirirəm. Yeniyetmə güləşçilərimiz güclü olduqlarını budəfəki yarışlarda da sübut etdilər. Qarşıda bizi bir sıra yarışlar gözləyir. Əsas məqsədimiz 2014-cü ildə Pekində təşkil olunacaq yeniyetmələrin yay Olimpiya oyunlarında bizə göstərilən etimadı doğrultmaqdır.
Nurəddin Rəcəbov, yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandanın böyük məşqçisi:
- Yarış çox yüksək səviyyədə təşkil olunmuşdu. Turnirdə rəqabət çox güclü idi. Yeniyetmələrimiz uğurlu nəticələr göstərdilər. Komanda hesabında birinci olduq. Yunan-Roma güləşi üzrə yeniyetmə güləşçilərinizin çıxışlarını yüksək qiymətləndirirəm. Onların bu yarışlarda nümayiş etdirdikləri texnika xüsusilə təqdirəlayiq idi.
Yeniyetmə və gənc pəhləvanların iştirakı ilə keçirilən belə yarışlar bir sıra perspektivli idmançıları üzə çıxarmağa imkan verir. Məhz belə yarışlarda yeniyetmə idmançılar nəyə qadir olduqlarını göstərə bilirlər. Federasiya rəhbərliyi tərəfindən güləşçilərimizin yarışlara hazırlığı ilə bağlı hərtərəfli şərait yaradılıb. Biz məşqçilər və idmançılar yaradılan şəraitdən maksimum yararlanmalı və göstərilən etimadı doğrultmalıyıq.
Esmira Orucova