Güləş üzrə gənclər arasında Azərbaycan birinciliyi başa çatıb

Güləş üzrə gənclər arasında Azərbaycan birinciliyi başa çatıb



"Sərhədçi” İdman Olimpiya Mərkəzində gənclər arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi başa çatıb.

İki gün davam edən yarışda müxtəlif çəki dərəcələrində ən güclülər müəyyənləşib.

Yarışların ilk günündə 163 gənc pəhləvan sərbəst güləş növündə qüvvəsini sınayıb.
İkinci yarış günündə isə yunan-Roma güləşi üzrə 132 gənc pəhləvan mübarizə aparıb.
Yarışın keçirilməsində məqsəd ölkəmizdə güləşin təbliğinə və inkişafına nail olmaq, respublikada fəaliyyət göstərən idman təşkilatlarında təlim-məşq prosesini təkmilləşdirmək və müvafiq yaş qrupu üzrə mükafata layiq yerlər tutmuş idmançıları yığma komandalara cəlb etmək olub.