Oleq Stepko 4-cü nəticə göstərib

Oleq Stepko 4-cü nəticə göstərib






Bakıda ilk dəfə idman gimnastikası üzrə dünya Kuboku keçirilir.

"Olimpnews.az” xəbər verir ki, bu gün Milli Gimnastika Arenasında kişilər dayaqla tullanma və paralel qollarda, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə yarışırlar.

Bakı-2015 Avropa Oyunlarının 5 medalına sahib olan Oleq Stepko dayaqla tullanma yarışlarında ümumilikdə 14,325 xalla dördüncü pillədə qərarlaşıb. Bu hərəkətlərdə ilk pillədə məşhur Yaponiya gimnastı, 3 qat dünya çempionu Kenzo Sirai yer alıb.

Fasilədən sonra kşi gimnastlar parallel qollarda mübarizə aparacaqlar.

Qadın idmançıların gimnastika tiri yarışlarında Azərbaycan təmsilçisi Marina Nekrasova 13, 100 xalla 7-ci pilləni tutub. Digər gimnastımız Yuliya İnşina isə 12, 100 xalla 11-ci pillədə qərarlaşıb. Bu hərəkətlərdə qadın gimnastların siyahısında liderlik Braziliya təmsilçisi Flavia Lopesə aiddir.
Qadın gimnastlar günün ikinci yarısında sərbəst hərəkətlərdə yarışacaqlar.

Xatırladaq ki, 4 gimnastımız təsnifat mərhələsinin ilk günündə artıq finala yüksəlib. Bunlar Oleq Stepko, Petro Paxnyuk, Mariya Smirnova və Yuliya İnşinadır.
Kubok yarışlarında 19 ölkədən 146 iştirakçı gücünü sınayır. Yarışlarda ayrı-ayrı alətlər üzrə medallar uğrunda 46 kişi və 22 qadın gimnast mübarizə aparır.



"Olimpnews.az”