“İlk dəfədir Bakıdayam və bura çox xoşuma gəlir"

“İlk dəfədir Bakıdayam və bura çox xoşuma gəlir"



"İlk dəfədir Bakıdayam və bura çox xoşuma gəlir"
Bu sözləri "Olimpnews.az”-a müsahibəsində kanadalı idmançı Skott Morqan deyib.
Skott Morqan Milli Gimnastika Arenasında idmançılar üçün yüksək səviyyədə şərait yaradıldığını dedi: "Yarış arenası, möhtəşəmdir. Məşq zalı da çox xoşuma gəldi. Təhlükəsizlik tədbirləri də gözəl təşkil olunub. İlk dəfədir Bakıdayam və bura çox xoşuma gəlir. Nəticəmdən razıyam.
Qeyd edək ki, kanadalı idmançı dayaqla tullanmada hərəkətlər üzrə təsnifat yarışlarında 3 rotasiyanın yekununda 3-cü yeri tutur.