Azərbaycan təmsilçisi Oleq Stepko fevralın 20-də iki hərəkətin cəmində 29, 650 bal toplayaraq dünya Kubokunun finalına vəsiqə qazanıb.
"Olimpnews.az” xəbər verir ki, idmançımız parallel qollarda 15,700 balla 1-ci pillədə qərarlaşıb. Turnikdə isə 13.950 bal yığaraq 7-ci sırada yer alıb. Bu siyahıda 1-ci yerə Türkiyə təmsilçisi Umit Samiloğlu yüksəlib.