Qadın gimnastımız finalda

Qadın gimnastımız finalda



Bu gün Milli Gimnastika Arenasında kişilər dayaqla tullanma və paralel qollarda, qadınlar isə gimnastika tiri və sərbəst hərəkətlərdə yarışıblar.

"Olimpnews.az” xəbər verir ki, qadın gimnastlarımız Marina Nekrasova və Yuliya İnşina sərbəst hərəkətlərdə öz qüvvə və bacarıqlarını nümayiş etdiriblər.

Marina Nekrasova 12.550 balla dünya Kubokunun finalına vəsiqə qazanıb. Yuliya İnşina isə finalda üçüncü ehtiyat gimnastlar sırasında yer alıb. 

Bu təsnifat üzrə ən yaxşı nəticəni (13.800 bal) braziliyalı Flavia Lopes Sarayva göstərib.