Azərbaycan gimnastı Dünya Kubokunun bürünc medalına sahib olub

Azərbaycan gimnastı Dünya Kubokunun bürünc medalına sahib olub

Bakıda idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunun final yarışları keçirilir. Kubokda dünyanın 19 ölkəsindən 45 kişi və 22 qadın gimnast mübarizə aparır.

"Olimpnews.az” xəbər verir ki, kişi gimnastların halqa ilə yarışlarında gimnastımız Oleq Stepko 14.700 xalla bürünc medal qazanıb.
Türkiyəli İbrahim Çolak (15.450 xal) birinci, yaponiyalı Kazuma Kaya (14.800 xal) isə ikinci yeri tutublar.

Kişilərin gimnastika atı yarışlarında yaponiyalı Tomomasa Haseqava 15.400 xalla qızıl medala layiq görülüb. Belçika gimnastı Maksim Gentges 14.700 xalla ikinci, iranlı Seyid Reza Keixa isə 14.450 xalla yarışı üçüncü pillədə qərarlaşıblar.

Qadınların dayaqla tullanma yarışlarında isə Olimpiya, dünya və Avropa çempionu, özbəkistanlı atlet Oksana Çusovitina 14.825 xalla fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Sloveniyalı Tjasa Kisselef 14.075 xalla gümüş, Avstriya təmsilçisi Liza Eker isə 13.775 xalla bürünc medala sahib olublar.
Azərbaycan gimnastı Mariya Smirnova yarışları səkkizinci pillədə başa vurub.

Kişilər arasında sərbəst hərəkətlər üzrə yarışların final mərhələsində Yaponiya gimnastı, üçqat dünya çempionu Kenzo Şirai 16.150 xalla Dünya Kuboku yarışlarının qızıl medalını qazanıb.
Sloveniyalı Rok Klavora 14.800 xalla gümüş, İsrail təmsilçisi Aleksandr Şatilov isə 14.550 xalla bürünc medala sahib olub.
Gimnastımız Petro Paxnyuk sərbəst hərəkət yarışlarını 13.550 xalla altıncı pillədə başa vurub.