Bakıda idman gimnastikası üzrə FIG Dünya "Challenge" Kubokunun final yarışları keçirilir.
"Olimpnews.az” xəbər verir ki Azərbaycan gimnastı Oleq Stepko Bakıda idman gimnastikası üzrə Dünya Kubokunda dayaqla tullanmada gümüş medal qazanıb.
İdmançımız finalda iki cəhdin yekunu üzrə 14.650 bal toplayıb.
Bu hərəkətlərdə yaponiyalı Kenzo Şirai 14.975 balla 1-ci, türkiyəli Əhməd Öndər isə 14.400 balla 3-cü olub.
Oleq Stepko bundan əvvəl halqa ilə yarışlarda 14.700 balla bürünc medal qazanıb.
Beləliklə, Azərbaycan yıgmasının aktivində hələlik 2 medal var.