Dünya kuboku yarışlarını dəst medalla başa vuran Oleq Stepko yarışda çıxışından, əldə etdiyi uğurlardan və gələcək planlarından danışdı:
- Bu, mövsümün ilk start yarışıdır və düşünürəm ki, tapşırığı minimum yerinə yetirdik Qarşıda Rio-2016 Yay Olimpiadasına qədər hələ çox yarışlar var. Biz səhvlərimizi bilirik və bu səhvlər üzərində işləyəcəyik. Çalışacağıq ki, digər Dünya kuboku yarışlarında nəticələrimizi daha yaxşılaşdıraq.
Onu deyə bilərəm ki, nəyin üzərində işləyirsənsə, nəyə doğru can atırsansa, ona da nail olursan. Bu gün nəticələrimdən məmnunam, eyni zamanda hansı səhflərimin üzərində işləyəcəyimi də bilirəm. Düşünürəm yarışa 70 faiz hazır idim, ilk növbədə hazırlaşdığım tapşırıqlara düşmədim. Bəli, halqalarda və turnikdə finala düşdüm, halbuki, sərbəst hərəkətlərdə və gimnastika atında finala düşməli idim. Bir aydan sonra Qətərdə yarışlar başlayır və burada daha yaxşı çıxış edəcəyimdən əminəm".