“Kür”də beynəlxalq yarış keçiriləcək

“Kür”də beynəlxalq yarış keçiriləcək


Mayın 7-9-da Mingəçevirdəki "Kür” İdman Sağlamlıq Mərkəzində ümummilli lider Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş su polosu üzrə beynəlxalq turnir keçiriləcək.
Yarışda Azərbaycan millisi ilə yanaşı, Gürcüstan, Rusiya və Belarus yığmaları da mübarizə aparacaqlar.
Ənənəvi keçirilməsi nəzərdə tutulan turnirin mükafatçılarına medal, diplom və xatirə hədiyyələr təqdim olunacaq.