Dünya Güləş Birliyi (DGB) yeniyetmələrin qitə çempionatında iştirak edəcək güləşçilərin sayının artırılması barədə qərar qəbul edib.
Qərara görə, bu ildən etibarən hər bir ölkə yeniyetmə güləşçilərin qitə çempionatlarında bütün çəki dərəcələrində 2 idmançı ilə təmsil oluna biləcək. Bu qərar ötən ilin dekabrında DGB İcraiyyə Komitəsinin Soçidə keçirilən toplantısında qəbul edilib.
Bu qərarın qəbul edilməsi bütövlükdə dünyada yeniyetmə arasında güləş idman növünün inkişafına və təbliğinə imkan verəcək, həmçinin perspektivli güləşçilərin bu və ya digər səbəbdən kölgədə qalmamasına imkan vermiş olacaq.
Məlumat üçün bildirək ki, bu il yeniyetmələrin Avropa çempionatı iyulun 19-24-də İsveçin paytaxtı Stokholm şəhərində keçiriləcək.