Binədə güləş turniri keçirilib. Olimpnews.az saytının məlumatına görə, yarışda 4 komanda - "Binə”, "Gömrükçü” klubları və Sumqayıtı təmsil edən iki komanda mübarizə aparıb. Müxtəlif çəki dərəcələrində güçlərini sınayan Sumqayıt güləşçiləri yüksək nəticələrə nail olublar. "Gənclik şəhəri”nin pəhləvanları ümumilikdə 10 medal qazanıblar. 29 kq çəki dərəcəsində yarışan Nahid Məmmədli ikinci olub. Onun komanda yoldaşları Rəvan Əsgərov (26 kq) və Səid Nəsirov (32 kq) da eyni pilləni tutublar. Rəqiblərindən üstün olan Tural Əliyev (85 kq) birinci yerə layiq görülüb. Fərid Rəhimov (50 kq) və Nicat Səfərov (23 kq) da bütün rəqiblərini üstələyərək turnirin qalibi adını qazanıblar. Sumqayıt komandasının dörd güləşçisi turnirin üçüncüsü olub. Elşən Mürsəlov, İlkin Quliyev (hər ikisi 35 kq), Sübhan Niftəliyev (26 kq) və Həmzə Tarverdiyev (32 kq) yarışda üçüncü pillədə yer alıblar.
Komandanın məşqçisi Xəyal Əliyev turnirlə bağlı saytımıza məlumat verərkən qeyd etdi ki, yarış yüksək səviyyədə keçirilib. "Turnirdə dörd komanda yarışdı. Yetirmələrimin çıxışı məni qane etdi. Güləşçilərimizdən üçü birinci yerə layiq görüldü. İnanıram ki, növbəti yarışlarda da yetirmələrim fəxri kürsüdə yer alacaqlar”, - deyə məşqçi əlavə etdi.