Martın 3-4-də İran İslam Respublikasının paytaxtı Tehran şəhərində yeniyetmələr arasında "Yadigar İmam Kuboku” uğrunda beynəlxalq turnir keçiriləcək.
Olimpnews.az saytının məlumatına görə, turnirdə sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmələrdən ibarət yığma komandaların üzvləri qüvvələrini sınayacaqlar. Turnirdən əvvəl yığma komandalarımız iranlı həmkarları ilə birgə 10 günlük təlim-məşq toplanışlarında iştirak edəcəklər. Artıq sərbəst və yunan-Roma yığma komandamızın üzvləri Tehrana yola düşüblər.
Böyük məşqçi Bəhram Mürvətovun rəhbərliyi altında yunan-Roma güləşi yığmasının heyətində 11 nəfər idmançı yer alıb.
12 nəfər sərbəst güləşçimiz isə böyük məşqçi Arif Abdullayev və məşqçi Rövşən Umudovun rəhbərliyi altında təlim-məşq toplanışında və beynəlxalq turnirdə iştirak edəcək.