Riqada Avropa çempionatı keçiriləcək

Riqada Avropa çempionatı  keçiriləcək



Martın 8-13-də Latviyanın paytaxtı Riqada böyüklər arasında güləş üzrə Avropa çempionatı keçiriləcək.

Bu gün Dünya Güləş Birliyi Avropa Şurasının konfransı keçirilib. Konfransda Azərbaycan Güləş Federasiyasının (AGF) I vitse-prezidenti, DGB İcraiyyə Komitəsinin üzvü Namiq Əliyev də iştirak edib.
Sərbəst güləş üzrə yarışlarda ölkəmizi 8 pəhləvanımız təmsil edəcək. Yığma komandanın üzvləri çempionatda baş məşqçi Saypulla Absaidov, böyük məşqçi Firdovsi Umudov və məşqçi David Kurtsiyanın rəhbərliyi altında qüvvələrini sınayacaqlar.

Qadın güləşi üzrə yarışlarda baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında yığma komandanın heyətinə 6 idmançımız daxil edilib.
Yunan-Roma güləşi üzrə yığma komanda baş məşqçi Cəmşid Xeyrabadi, böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Akif Əliyevin rəhbərliyi altında 8 idmançı ilə yarışacaq.

Görüşlərin idarə edilməsində ölkəmizi I-S dərəcəli hakimlər Hicran Şərifov və Asif Şirəliyev təmsil edəcəklər.