Aprelin 26-28-də İtaliyanın Pesaro şəhərində bədii gimnastika üzrə Dünya Kuboku yarışları və beynəlxalq turnir keçiriləcək.
Azərbaycanı Dünya Kuboku yarışlarında fərdi gimnastlar Marina Durunda, Lalə Yusifova, habelə Səbinə Abbasova, İradə Əhədzadə, Mənsurə Bağıyeva, Səbinə Qaratova və Aliyə Paşayevadan ibarət qrup komandası təmsil edəcəklər.
Beynəlxalq turnirdə isə ölkəmiz yeniyetmə gimnastlar Gülsüm Şəfizadə, Səbinə Hümbətova, Aynur Mustafayeva, Emiliya Bağıyeva və Nilufər Niftalıyevadan ibarət qrup komandası ilə təmsil olunacaq.