Sumqayıtın idman xronikası

Sumqayıtın idman xronikası

Stolüstü tennis
1 saylı Uşaq-Gənclər İdman Məktəbində Novruz bayramına həsr olunmuş veteranlar arasında aşıq şəhər çempionatı keçirilib. Olimpnews.az saytının məlumatına görə, çempionatda Şirvan, Quba, Bakı və Sumqayıt şəhərinin 20-ə yaxın veteran tennisçisi iştirak edib. Maraqlı və gərgin idman mübarizəsi şəraitində keçən yarışın qalib və mükafatçıları şəhər Gənclər və İdman Baş İdarəsinin Fəxri fərmanı, medal və hədiyyələri ilə təltif olunublar.

Üzgüçülük
1 saylı Uşaq-Gənclər İdman Məktəbində "Sumqayıt gəncləri narkomaniyaya yox deyir” devizi altinda üzgüçülük idman növü üzrə keçirilən açıq şəhər birinciliyində Bakı və Sumqayıtın 5 komandası (80-ə yaxın idmançısı) mübarizə aparıb.

Yarışın təntənəli açılış mərasimində iştirak edən Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsinin rəis əvəzi Mübariz Bəşirov tədbir iştirakçılarını salamlayaraq qarşıdan gələn Novruz bayramı münasibətilə təbriklərini çatdırıb. O, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin ölkədə kütləvi bədən tərbiyəsi və idmanın inkişafına göstərdiyi diqqət və qayğısından, idmanın və bədən tərbiyəsinin dövlət siyasətinin prioritet məsələsinə çevrilməsindən danışıb. Gərgin idman mübarizəsi şəraitində davam edən yarışda 2001-2004-cü il təvəllüdlü oğlanlar arasında Vəli İsrafilov ("Sərhədçi” İK) 200 m. məsafədə qarışıq üsulda, Fuad Rəsulov (Sumqayıt, 50 m. delfin və 100 m. sərbəst) birinci olub. Qızların yarışında İlahə Rəciyeva (Sumqayıt 50 m. delfin, 200 m. qarışıq üsul) və Anna Andryuşenko ("Olimpik Star” İK, 100 m. sərbəst üsul) birinci yerləri tutublar.

2005-ci il və daha kiçik təvəllüdlü oğlanların yarışında Abulrəhman Rüstəmov ("Sərhədçi” İK 50 m. delfin və 100 m. qarışıq üsul), Məmmədəli Quliyev ("Olimpik Star” İK, 100 m. sərbəst), qızlar arasında Ayan Kələntərli ("Olimpik Star” İK, 100 m. qarışıq və 100 m. sərbəst üsulda) və Leyla Abduləzizova (Sumqayıt, 50 m. delfin) fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Estafet yarışlarında isə Sərhədçi İdman Kompleksinin komandası bütün rəqiblərini geridə qoyaraq birinci olub.

Yarışda müvafiq yerləri tutan idmançılara Sumqayıt Şəhər Gənclər və İdman Baş İdarəsi tərəfindən fəxri fərman, medal, kubok və hədiyyələr təqdim edilib.