Ötən həftənin istirahət günlərində Buxarestdə gimnastika üzrə Dünya Kuboku yarışları keçirilib. Azərbaycan gimnastı Lalə Yusifova bu yarışlarda bürünc medala layiq görülüb.
Azərbaycan Gimnastika Federasiyasından verilən məlumata görə, 17 yaşlı bakılı idmançı halqa ilə hərəkətlərin finalında üçüncü yeri tutub. Lalə Yusifova top ilə hərəkətlərin finalında 7-ci, çoxnövçülükdə isə 8-ci nəticə göstərib.
14 yaşlı Veronika Omarova Dünya Kuboku çərçivəsində yuniorlar arasında keçirilən beynəlxalq turnirdə gümüş mükafata layiq görülüb.
Beləliklə, Dünya Kuboku yarışlarında birinci yeri rusiyalı, üçüncü yeri isə ukraynalı idmançılar tutublar.