Tokio-2020 Olimpiadasının yeni loqosu təqdim olunacaq

Tokio-2020 Olimpiadasının yeni loqosu təqdim olunacaq
Tokio-2020 Yay Olimpiya və Paralimpiya Oyunlarının Təşkilat Komitəsi yeni loqosu aprelin 25-də ictimaiyyətə təqdim edəcək.

Təşkilat Komitəsi tərəfindən XXXII Yay Olimpiya Oyunlarının yeni loqosunun aprelin 8-də 4 variantda nümayiş etdirilməsi gözlənilir. Loqo 10 gün ərzində səsəvermə nəticəsində müəyyən ediləcək. Xatırladaq ki, Tokio-2020-nin əvvəlki loqosunun plagiat olduğu barədə iddia qaldırılmışdı.

XXXII Olimpiadanın yeni loqosunun hazırlanması üçün Yaponiyada idmanı, incəsənəti və iqtisadiyyat sahəsində kifayət qədər tanınmış 20 nəfər mütəxəssisdən ibarət heyət və müsabiqə təşkil edilib. Müsabiqəyə 14 min variant təqdim olunub.

Qeyd edək ki, müsabiqədə qalib olacaq loqonun sahibi təşkilatçılar tərəfindən 8 min dollar mükafat və olimpiadanın açılışına pulsuz biletlə mükafatlandırılacaq.

Qeyd edək ki, XXXII Yay Olimpiya Oyunları iyulun 24-dən avqustun 9-dək Tokioda keçiriləcək.