Professor Prezidentə cəbhəyə getmək üçün müraciət etdi

Professor Prezidentə cəbhəyə getmək üçün müraciət etdi
Olimpnews.az saytının məlumatına görə, son vaxtlar təmas xəttində yaranan qarşıdurma nəticəsində bir neçə şəhid verdik. Bu itki ilə barışmayan vətənsevər ziyalılarımız Ali Baş Komandanına müraciət edir. Elə bu səbəbdən də vətənpərvər ziyalılar əsgərlərimizdə ruh yüksəkliyi və vətənpərvərlik əzmini daha da artırmaq məqsədi ilə düşmənlə mübarizədə silaha sarılıb gənc əsgərlərlə birlikdə torpaqlarımızın azadlığı uğrunda mübarizədə iştirak etmək istəyirlər. Bu gün Millixəbər.az-a müraciət edən, könüllü dəstə yaradaraq Qarabağ döyüşlərində iştirak etmiş, dəyərli ziyalımız, 400-dən çox əsərin müəllifi, əməkdar bədən tərbiyəsi və idman xadimi , Az.DBTİA-nın professoru Dilqəm Quliyev, hərbi xidmət sahəsində təcrübəsi olan vətənpərvər ziyalı kimi Prezident İlham Əliyevə müraciət edir. Həmin müraciəti olduğu kimi sizlərə təqdim edirik.

Azərbaycan Respublikasının Prezidenti,
Ali Baş Komandan İlham Heydər oğlu Əliyev cənablarına
Cənab Ali Baş Komandan!
Hörmətli cənab Prezident!

Mən, Quliyev Dilqəm Qasım oğlu bütün şüurlu həyatımı, Sizin müstəqil Azərbaycan Respublikasının daha da çiçəklənməsi, sürətlə inkişafı, beynəlxalq aləmdə öz layiqli yerini tutması naminə apardığınız uğurlu siyasəti, həyata keçirdiyiniz siyasi – iqtisadi islahatları, xalqımız üçün tale yüklü beynəlxalq əhəmiyyətli layihələrin reallaşdırılmasını birmənalı şəkildə ürəkdən bəyənir, dəstəkləyir, müdafiə edir və bundan da qürur duymaqdaqdır. Sonsuz inam və iftixar hissilə deməyi özümə borc bilirəm qeyd edim ki, təmsil olduğum idmançılar ordusunun vətənpərvərlik ruhunda ölkəmizi təmsil etmələri və möhtəşəm uğurları, birbaşa Sizin şəxsinizlə – liderliyinizlə bağlıdır. Bir daha dilə gətirmək istəyirəm ki, Sizin, bütün sahələrdə əldə etdiyiniz möhtəşəm uğurlar xalqımızın uğurları, dövlətimizin isə nəaliyyətləridir. Bu, HEYDƏR – XALQ, XALQ – İLHAM birliyini özündə ehtiva edir. Cəsarətlə deyə bilərik ki, xalqımız müstəqillik dövründə iki dəfə öz lideri ətrafında monalit birliyini nümayiş etdirməyi bacarmışdı. Birinci dəfə Ulu Öndəri xilasgar kimi qəbul edəndə və Sizin Vətənin xilası naminə əldə etdiyiniz müqəddəs uğurları gördükdə. Biz alimlərin, ziyalıların öhdəsinə düşən vəzifələr içərisində "İLHAM ƏLİYEVƏ EŞQ OLSUN” demək uğurlu və şərəfli bir borcdur.

Son günlərdə erməni silahlı birləşmələrinin, erməni terror dəstələri ilə birlikdə yaşayış məntəqələrimizi işğal etmək "arzusu” ilə irəliləməsi, şanlı ordumuz tərəfindən qarşısı qətiyyətlə alınaraq düşmənin geri çəkilməsi məcbur edildi. İşğal altında olan bəzi ərazilərimiz də düşməndən azad edildi. Nəticədə düşmənin canlı qüvvəsinin və hərbi texnikasının darmadağın edilməsi xalqımızın böyük sevincinə səbəb olmuşdur. Hər bir Azərbaycan vətəndaşı kimi mən də bu uğurların yanında olmaq, qələbənin iftixarı ilə yaşamaq arzusunu gerçəkləşdirmək üçün ordumuza kömək etmək, düşməni torpaqlarımızdan çıxarılmasında iştirak etmək, hətta qismət olarsa şəhid olmaq şərəfləndirər. Xahiş edirəm mənim döyüş bölgəsinə getməyimə, bu müqəddəs savaşda iştirak etməyimə icazə verəsiniz.

Dərin hörmət və ehtiramla,
Professor Dilqəm Quliyev