AGF Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilir

AGF Kuboku uğrunda ənənəvi beynəlxalq turnir keçirilir



"Sərhədçi" İdman Olimpiya Mərkəzində sərbəst və yunan-Roma güləşi üzrə yeniyetmə və gənclər arasında Azərbaycan Güləş Federasiyasının Kuboku uğrunda ənənəvi beynəlxalq turnir davam edir.

"Olimpnews.az” xəbər verir ki, turnirdə Azərbaycanla yanaşı, Belarus, Ukrayna, Özbəkistan, Qırğızıstan, Gürcüstan, İran, Bolqarıstan, Rusiya, İraq, Türkiyə və Qazaxstan pəhləvanları da mübarizə aparırlar.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 90 yeniyetmə pəhləvan yarışıb. Yığma komandamızın üzvləri ilk yarış gününü 4 qızıl, 5 gümüş və 9 bürünc medalla başa vurublar.
Komanda hesabında Azərbaycan 92 xalla birinci, Gürcüstan 90 xalla ikinci, İran yığması isə 71 xalla üçüncü pillədə qərarlaşıb.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 100 gənc pəhləvan yarışır.
Qalib və mükafatçılar Azərbaycan Güləş Federasiyası tərəfindən medal, diplom və pul mükafatı ilə təltif olunurlar.

"olimpnews.az”