Yeniyetmə güləşçilər arasında Azərbaycan birinciliyi təşkil ediləcək

Yeniyetmə güləşçilər arasında Azərbaycan birinciliyi təşkil ediləcək



Sərbəst və yunan-Roma güləşi üzrə 1999-2000-ci il təvəllüdlü yeniyetmələr arasında Azərbaycan birinciliyi keçiriləcək.
Dünya Güləş Birliyinin (DGB) qaydalarına əsasən keçirilən yarış iki mərhələdən ibarətdir. İlk mərhələdə AGF-nin regional nümayəndəliklərinin əhatə etdiyi ərazilərdə region birinciliyi uğrunda yarışlar keçirilir.
Bakı və ətraf qəsəbələri əhatə edən 1 saylı nümayəndəliyin seçim yarışları aprelin 7-10-da təşkil edilib. Mayın 6-7-də isə Sumqayıtda 2 saylı nümayəndəliyin, Sabirabadda isə 4 saylı nümayəndəliyin təsnifat yarışları keçiriləcək. 3 saylı nümayəndəliyin seçim yarışları mayın 7-də Qobustanda, 6 və 7 saylı nümayəndəliyin seçim yarışları isə mayın 7-8-də müvafiq olaraq Yevlax və Şəmkirdə baş tutacaq.
İkinci mərhələdə isə, regionlararası seçim yarışlarının nəticələrinə əsasən mayın 25-27-də yeniyetmələrin Azərbaycan birinciliyi təşkil ediləcək. Final yarışlarında ilk üç yeri tutmuş idmançılar diplom, medal və pul mükafatı ilə təltif ediləcək və yığma komandanın heyətinə cəlb olunacaqlar.