Rusiya idman nazirinin müavini Yuri Naqornıxın sözlərinə görə, 2014-cü ildə Soçidə keçiriləcək XX Qış Olimpiya Oyunlarında dopinq nəzarəti daha da gücləndiriləcək. "Soçidə antidopinq laboratoriyasının tikintisi artıq başa çatıb. İdmançılar və məşqçilər şübhə etməsinlər ki, hər hansı qadağan olunmuş preparat burada qurulmuş müasir tipli ləvazimatların hesabına müəyyən ediləcək. Olimpiadadan sonra bu ləvazimatlar Moskvaya gətiriləcək və buyaxınlarda istifadəyə verilən antidopinq mərkəzinə təhvil veriləcək. Rusiyada dopinqlə mübarizəyə xüsusi diqqət yetirilir. Son üç il ərzində dopinqlə bağlı qanunlarda dəyişiklik edilərək beynəlxalq normalara uyğunlaşdırılıb. Biz dopinq qəbul edən və onları yayan idmançıları cinayət məsuliyyətinə cəlb edəcəyik. Düşünürəm ki, digər ölkələr də Rusiyadan nümunə götürəcəklər”, - deyə nazir müavini bildirib.