Millimizin kapitanı Türkiyə çempionu oldu

Millimizin kapitanı Türkiyə çempionu oldu

Qadın həndbolçulardan ibarət Azərbaycan millisinin kapitanı Marina Tankaskaya Türkiyə çempionu olub.

Olimpnews.az saytının məlumatına görə, onun formasını geydiyi "Yenimahalle Belediyesi” final seriyasının son oyununda "Muradpaşa Belediyespor”u 36:29 hesabı ilə məğlub edib.

Qeyd edək ki, ilk iki görüşdə də Ankara klubu qələbə qazandığından (38:28, 32:21) ardıcıl 2-ci dəfə Türkiyə çempionu olub. M. Tankaskaya son qarşılaşmada 6 qola imza atıb.