Bakı birinciliyinin qalibləri müəyyənləşdi

Bakı birinciliyinin qalibləri müəyyənləşdi

Bakı Gənclər və İdman Baş İdarəsi (BŞGİB) tərəfindən Lökbatanda 125 kubsantimetr həcmli motosikletlərdə motokross üzrə Bakı birinciliyi keçirilib.

Olimpnews.az saytının məlumatına görə, gənclər arasında təşkil olunan yarışda 24 idmançı birincilik uğrunda mübarizə aparıb.

Yarışın yekun nəticələrinə əsasən, Valeriya Turin fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Oleq Safonov gümüş, Orxan Abbasov isə bürünc medala sahib olub.

Qeyd edək ki, qaliblər Baş İdarə tərəfindən müvafiq dərəcəli diplom və xatirə hədiyyələri ilə mükafatlandırılıblar.