Beynəlxalq Olimpiya Komitəsinə (BOK) 12 il ərzində rəhbərlik edən Jak Roqq deyib ki, təşkilata yeni seçiləcək prezident mütləq məvacib almalıdır. Qeyd edək ki, Jak Roqq özü də daxil olmaqla, BOK prezidentləri bu vəzifəni könüllülük prinsipləri əsasında yerinə yetiriblər. Jak Roqq qeyd edib ki, bu məsələ ilə bağlı BOK İcraiyyə Komitəsinə müraciət edəcək. "Düşünürəm ki, BOK-a yeni seçiləcək prezident gənc və müstəqil insan olmalıdır. O, məvaciblə təmin olunmalıdır”, - deyə Jak Roqq bildirib. Qeyd edək ki, BOK-un indiki prezidenti Jak Roqqun prezidentlik müddəti bu ilin sentyabr ayında başa çatacaq.