Karateçilərin seminarı olub

Karateçilərin seminarı olub

Azərbaycan Kyokuşinkaykan Karate Federasiyası ciyutaido idman növü üzrə beynəlxalq seminar keçirib.

Olimpnews.az saytının məlumatına görə, seminara federasiyanın ciyutaido idman növü üzrə texniki direktoru Elşad Gülaliyev rəhbərlik edib. 2 gün davam edən tədbirdə 150 karateçinin iştirakı təmin olunub. Onlar Bakı şəhəri və bölgələri təmsil ediblər.

Birinci gün karateçilər Novxanı çimərliyində açıq havada təşkil olnan seminarda təlimatlandırılıblar. Növbəti gün isə onlar "Çempion” idman klubunda toplaşıblar. İştirakçılar seminarda kəmər imtahanı veriblər. Seminar karateçilərin böyük marağına səbəb olub. Elşad Gülalıyev qeyd edib ki, bu cür seminarlar idmançıların texniki, taktiki hazırlığında əhəmiyyətli rol oynayır. Seminarlar həm-çinin karateçilərin təcrübəsinin artmasına əhəmiyyətli dərəcədə fayda verir.