Bakı çempionatı başa çatdı

Bakı çempionatı başa çatdı

Azərbaycan Dövlət İqtisad Universitetinin idman zalında badminton üzrə böyüklər arasında Bakı çempionatı keçirilib. Olimpnews.az saytının məlumatına görə, turnirdə "Neftçi idman klubu” İB, "Təhsil” RİM, 2 saylı UGİM, 7 saylı İOEUGTİM və 10 saylı UGİM-in tərkibində 36 (24 kişi, 8) qadın idmançı mübarizə aparıb.

4 gün davam edən yarış şəxsi, qoşa və qarışıq qoşa formatında keçirilib. Kişilərin şəxsi yarışlarında Orxan Qələndərov bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb. Kənan Rzayev və Cahid Əlihəsənov müvafiq olaraq, ikinci, üçüncü yerləri tutublar. Qadınların mübarizəsində Zülfiyə Hüseynova birinci yerə sahib çıxıb. Ədilə Mehdiyeva ikinci, Aliyə Hüseynova üçüncü olub. Kişilərin qoşa yarışlarında Kənan Rzayev - Orxan Qələndərov cütlüyü birinci yerə layiq görülüb. Kərim Musayev - Tural Rəsulov cütlüyü ikinci, Cahid Əlihəsənov - Səbuhi Hüseynov cütlüyü isə üçüncü yeri tutub. Qadınların qoşa yarışlarında Zülfiyə Hüseynova - Ədilə Mehdiyeva cütlüyü qalib adını qazanıb. Pərvin Əlizadə - Aliyə Hüseynova cütlüyü ikinci, Alla Vlasyuk - Emiliya Mehdiyeva cütlüyü üçüncü yerə sahib çıxıb. Qarışıq qoşa yarışlarında Kənan Rzayev - Alla Vlasyuk cütlüyü bütün rəqiblərini üstələyiblər. Cahid Əlihəsənov - Zülfiyə Hüseynova ikinci, Orxan Qələndərov - Ədilə Mehdiyeva cütlüyü üçüncü olub.

Qeyd edək ki, yarışın qalibləri diplom və qiymətli hədiyyələrlə təltif olunublar.