Respublika spartakiadası davam edir

Respublika spartakiadası davam edir

"Gənclik” Tələbə İdman Cəmiyyəti Respublika Şurasının təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin anadan olmasının 93-cü ildönümünə həsr olunmuş ali təhsil müəssisələrinin işçiləri arasında respublika spartakiadası davam edir.

Olimpnews.az saytının məlumatına görə, spartakiadaya idmanın 5 növü - şahmat, dama, nərd, voleybol və stolüstü tennis daxildir. Buyaxınlarda stolüstü tennis üzrə yarışlara yekun vurulub. 9 komandanın iştirak etdiyi yarışda birinci yerə Milli Aviasiya Akademiyasının təmsilçiləri layiq görülüblər. Gəncə Dövlət Universiteti komandası ikinci, Bakı Slavyan Universiteti isə üçüncü yeri tutub.