Futbolçunun həyat yoldaşı tituldan imtina edib

Futbolçunun həyat yoldaşı tituldan imtina edib

 Rusiyanın "Anji” futbol klubunun üzvü Yuri Jirkovun həyat yoldaşı İnna Jirkova "Missis Rossiya” titulundan imtina edib. O, 2012-ci ildə keçirilən gözəllik müsabiqəsinin qalibi idi. Rusiyalı gözəlin öz titulundan imtina etməsinin əsas səbəbi onunla bağlı hazırlanan "Tacqoyma” adlı video-çarxın televiziyada nümayiş etdirilməsi olub. İnnanın "tac”ını əlindən alan 5 dəqiqəlik video-çarx jurnalist Boris Sobolev tərəfindən hazırlanıb. Həmin video-çarxda aparıcı tərəfindən İnna Jirkovaya "qeyri-adi” suallar verilib. Bu suallar "Missis Rosiya”nın biliyini yoxlamaq məqsədini daşıyıb. Özünü itirən İnna adi suallara belə cavab verməkdə çətinlik çəkib və biabırçı vəziyyətə düşüb. Qalmaqallı video YouTube-da yerləşdirilib və bir neçə gün ərzində 2 milyon insan tərəfindən izlənilib. Həmçinin həmin görüşlərə minlərlə şərh verilib. Maraqlıdır ki, bəzi insanlar İnna Jirkovanı savadsızlıqda günahlandırıblar.
"Missis Rossiya”nın həyat yoldaşı Yuri Jirkov jurnalist Boris Sobolovun qərəzli mövqedən çıxış etdiyini deyib: "Video-çarxda İnna təhqir olunub. O, savadsız deyil. Sadəcə, aparıcı heç kimi lazım olmayan suallar verməklə İnnanı çaşdırıb. Sobolevin verdiyi "Aqniya Barto və Samuel Marşak kimdir?, "erudisiya nədir” və s. sualları kimə lazımdır. Məncə, belə suallara çox az adam cavab verə bilər. Hesab edirəm ki, həyat yoldaşım açıq şəkildə təhqir olunub. "Rossiya” telekanalını məhkəməyə verməyi düşünürəm və İnnanı müdafiə edirəm”.
İnna Jirkova isə, ictimai fəaliyyətini davam etdirəcəyini və öz hərəkətlərindən qürur duyduğunu bildirib: "2012-ci ildə mənə etimad göstərildi və mən "Missis Rossiya” müsabiqəsinin qalibi seçildim. 23 yaşım var. 2 uşaq anasıyam. Mən öz övladlarımla, həyat yoldaşımla fəxr edirəm. Təəssüf ki, video-çarxda jurnalist Sobolev mənə hörmətsizlik göstərdi, rişxənd etdi. Mən Aqniya Bartonun kim olduğunu bilmirəm. Amma övladlarımı tərbiyəli, əxlaqlı insanlar kimi yetişdirməyi bacarıram”, - dyə rusiyalı keçmiş gözəl vurğulayıb.
Yuri Jirkovun meneceri Darya Aslanova isə hesab edir ki, jurnalist Boris Sobolev İnna Jirkovadan götürdüyü müsahibəni saxtalaşdırıb. "İnnaya deyiblək ki, bu suallar onu sakitləşdirmək və əsas müsahibəyə keçmək üçün verilib. Həmçinin onu inandırıblar ki, suallar ətrafında aparılan söhbət efirə verilməyəcək. Müsahibə almaq üçün İnnaya zəng edən jurnalist xanım özünü "Rusiyanın səhəri” proqramının aparıcısı kimi təqdim. Görünür, bütün bunlar tamamilə başqa məqsəd daşıyırmış. Yəqin ki, bu məsələ məhkəmədə öz həllini tapacaq”, - deyə menecer açıqlama verib.
Məlumat üçün deyək ki, İnna Jirkova "Missis Rossiya” müsabiqəsindən başqa, "Missis Kalininqrad” müsabiqəsində də birinci yerə layiq görülüb. O, "Anji”nin oyunçusu Yuri Jirkovla 2008-ci ildə ailə həyatı qurub. Onların 2 övladı var.