İranın Şiraz şəhərində yunan-Roma güləşi üzrə böyüklər arasında dünya Kuboku yarışları başa çatıb. Yarışda Azərbaycan ilə yanaşı, Rusiya, İran, Türkiyə, Qazaxıstan, Belarus, Almaniya və Ukrayna güləşçiləri də mübarizə aparıblar.
Azərbaycan güləşçiləri İran, Türkiyə və Ukrayna komandaları ilə "B” qrupunda mübarizə aparıb. "A” qrupunda isə Rusiya, Belarus, Almaniya və Qazaxıstan komandaları qüvvələrini sınayıb.
İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız 5-ci yer uğrunda digər qrupun üçüncüsü olan Belarus yığması ilə qarşılaşıb. Hesab bərabər olsa da, xal keyfiyyətinə görə rəqib komanda qalib elan edilib. Beləliklə, yarışda gənc heyətlə təmsil olunan Azərbaycan güləş yığması dünya kubokunu altıncı sırada başa vurub.
Xatırladaq ki, ötənilki yarışda yunan-Roma güləşçilərimiz dünya Kubokunun sahibi adını qazanmışdılar.