“Raykkonen təmiz insandır”

“Raykkonen təmiz insandır”

Yayılan məlumatlara görə, "Formula-1”in "Lotus” komandasının aparıcı pilotu Kimi Raykkonen "Red Bull” komandasına keçməyə hazırlaşır. Bu məsələyə münasibət bildirən üçqat dünya çempionu Sebastyan Fettel deyib: "Kimi Raykkonenlə eyni komandada yer almaq mənim üçün çox xoşdur. Bu barədə yayılan xəbərlərin doğru olub-olmadığını hələ dəqiq bilmirəm. Xəbərlər doğru olarsa, buna çox sevinərəm. Kimi ilə münasibətlərimiz əladır. O, təmiz insandır. Raykkonenin "Red Bull”a keçidi mənə heç bir problem yaratmayacaq. Biz ikimiz də təcrübəli insanlarıq və düşünürəm ki, əməkdaşlığımız komandanın xeyrinə olacaq”.