Yeniyetmə pəhləvanların yarışı keçirilir

Yeniyetmə pəhləvanların yarışı keçirilir



Mayın 25-dən 27-dək Bakı İdman Sarayında yeniyetmələr arasında sərbəst və yunan-Roma güləşi üzrə Azərbaycan birinciliyi keçirilir.

Olimpnews.az saytının məlumatına görə, Dünya Güləş Birliyinin (DGB) mövcud qaydalarına əsasən təşkil edilən yarışlarda 1999-2000-ci il təvəllüdlü idmançılar qüvvələrini sınayırlar. Azərbaycan Güləş Federasiyasının (AGF) nümayəndəlikləri üzrə keçirilən seçim turnirlərində qalib gələn güləşçilər arasından ən güclüləri məhz bu yarışda müəyyən edilir.

İlk yarış günündə yunan-Roma güləşi üzrə 6 şəki dərəcəsi üzrə 142 yeniyetmə pəhləvan yarışıb. Gərgin idman mübarizəsi şəraitində keçən yarışlarda Azər Muxtarlı (42 kq), Rəvan Rəcəbov (46 kq), Zaur Nuriyev (50 kq), Nurlan Dadaşov (54 kq), Cavidan Cavadov (58 kq) və Elnur Əsədov (63 kq) fəxri kürsünün ən yüksək pilləsinə qalxıblar.

İkinci yarış günündə yunan-Roma güləşi üzrə 4 çəki, sərbəst güləş üzrə isə 3 çəki dərəcəsində 148 yeniyetmə güləşçi döşək üzərinə çıxıb.

Hər çəki dərəcəsində mükafatalayiq yerlər tutan idmançılar medal və diplomla yanaşı, AGF tərəfindən pul mükafatı ilə də təltif olunur və yığma komandanın heyətinə cəlb olunurlar.