6 yaşlı gimnastımız Macarıstandan gümüş medallarla qayıdıb

6 yaşlı gimnastımız Macarıstandan gümüş medallarla qayıdıb
Bakı Gimnastika Məktəbinin yetirməsi Dəniz Həşimova Macarıstanda keçirilən bədii gimnastika üzrə beynəlxalq turnirdə gümüş medal qazanıb.

Olimpnews.az saytının məlumatına görə, Lauber Derso Arenasında təşkil olunan yarışda gimnastlar 3 yaş qrupunda mübarizə aparıblar. "Pecsi” idman klubunun təşkilatçılığı ilə keçirilən yarışda D.Həşimova "A" kateqoriyasında çoxnövçülük yarışlarında fəxri kürsünün ikinci pilləsində yer alıb. 6 yaşlı gimnastımız qrup yarışlarında da fərqlənərək ikinci yeri tutub.

Samirə Səlimzadənin yetirməsi olan Dəniz yaxın vaxtlarda Fransa, Türkiyə və Gürcüstanda keçiriləcək beynəlxalq turnirlərdə çıxış edəcək.

Xatırladaq ki, D.Həşimova martın sonlarında Serbiyada bədii gimnastika üzrə Beynəlxalq Gimnastika Federasiyasının (FIG) beşinci "Trophy of Novi Sad–2016” beynəlxalq turnirində çoxnövçülük yarışlarının qalibi olub.