Berndə gimnastika üzrə Avropa çempionatı keçirilir

Berndə gimnastika üzrə Avropa çempionatı keçirilir



Mayın 28-dən iyunun 5-dək İsveçrənin Bern şəhərində kişi idman gimnastikası üzrə 32-ci Avropa çempionatı keçirilir. Çempionatda ölkəmiz ilk dəfədir böyüklər və gənclər arasında komanda yarışlarında təmsil olunur.

Təsnifat mərhələsinin nəticələrinə əsasən, gimnastlar Oleq Stepko, Petro Paxnyuk, Timur Bayramov və Daniel Robert Lukas 28 komanda arasında 20-ci yeri tutublar. Təəssüf ki, I Avropa Oyunlarının qalibi O.Stepkonun bu yarışda parallel qollar üzərində hərəkətlərdə səhvə yol verməsi onu final mərhələsinə vəsiqə qazanmaqdan məhrum edib. Halbuki gimnastımız ötənilki dünya çempionatında bu hərəkərlərdə bürünc medal qazanmışdı.

Gənclər Murad Ağarzayev, Ağamurad Qəhrəmanov, Səməd Məmmədli, Cavidan Babayev və Sergiy Onbış Avropa çempionatı yarışlarında debüt çıxışlarını nümayiş etdiriblər. Komanda hesabında hər alət üzrə göstərilən ən yaxşı 4 nəticənin cəminə əsasən, gənclər 30 komanda arasında 22-ci mövqedə qərarlaşıblar.

"olimpnews.az"