Qazaxda ulu öndərin xatirəsi yad edildi

Qazaxda ulu öndərin xatirəsi yad edildi

Aprelin 14-dən 24-dək Qazax rayonunda Heydər Əliyevin 90 illik yubileyinə həsr olunmuş məktəblilər arasında mini futbol üzrə rayon turniri keçirilib.
Gənclər və İdman İdarəsi, rayon Təhsil Şöbəsi və YAP-ın Qazax rayon təşkilatının birgə dəstəyi ilə keçirilən yarışda 8 komanda mübarizə aparıb. Qazax şəhər stadionunun futbol meydançasında təşki olunan turnirdə M.Hüseyn adına məktəb-lisey birinci yerə layiq görülüb.
Qaymaqlı kənd orta məktəbi ikinci Aşağı Salahlı kənd orta məktəbi üçüncü yerə sahib çıxıb.
Qalib gəlmiş komandalara mükafat, diplom və kuboklar verilib.