Oktay Hüseynovun xatirəsinə güləş turniri keçiriləcək

Oktay Hüseynovun xatirəsinə güləş turniri keçiriləcək



İyunun 11-də Bakı İdman Sarayında beynəlxalq dərəcəli idman ustası, Əməkdar məşqçi, Olimpiya kateqoriyalı beynəlxalq dərəcəli hakim Oktay Hüseynovun xatirəsinə həsr olunmuş sərbəst güləş üzrə kiçik yaşlı yeniyetmələr arasında açıq respublika turniri keçiriləcək.

Azərbaycan Güləş Federasiyasından "olimpnews.az”-a verilən xəbərə görə yarış Azərbaycan Gənclər və İdman Nazirliyi, Azərbaycan Güləş Federasiyası və Respublika Olimpiya İdman Liseyiinin təşkilatçılığı ilə keçirilir.
Turnirin təşkilində məqsəd yeniyetmələr arasında sərbəst güləş üzrə idman növünün inkişafına və kütləviliyinə nail olmaq, yeniyetmə idmançılar arasında dostluq əlaqələrinin möhkəmləndirmək və vətənə məhəbbət hisslərini aşılamaq, eləcə də Oktay Hüseynovun xatirəsini yad etməkdir.
Yarışlarda 10 kq çəki dərəcəsində 2002-2003-cü il təvəllüdlü yeniyetmələr qüvəllərini sınayacaqlar.
Yarış Dünya Güləş Birliyinin mövcud qaydaları əsasında keçiriləcək və görüşləri Azərbaycan Güləş Federasiyanının təsdiq etdiyi hakimlər kollegiyası idarə edəcək. Mükafatalayiq yer tutan idmançılar diplom, medal, idman geyimi və pul mükafatı ilə təltif ediləcəklər.

Görüşlər iyunun 11-də saat 10:00-da başlayacaq, turnirin rəsmi açılış mərasimi isə saat 15:00-da keçiriləcək. Ardınca final görüşləri baş tutacaq.