ABŞ-ın Los-Anceles şəhərində sərbəst güləş üzrə böyüklər arasında keçirilən Dünya kuboku yarışları başa çatıb. Yarışda Azərbaycanla yanaşı, ABŞ, Rusiya, İran, Türkiyə, Gürcüstan, Monqolustan və Hindistan güləşçiləri də iştirak ediblər.
"Olimpnews.az” xəbər verir ki, püşkatmanın nəticəsinə əsasən, Azərbaycan güləşçiləri İran, ABŞ və Hindistan komandaları ilə B qrupunda mübarizə aparıb. A qrupunda isə, Rusiya, Türkiyə, Gürcüstan və Monqolustan komandaları qüvvələrini sınayıb.
İlk görüşlərdən sonra qrup üçüncüsü olan yığmamız 5-ci yer uğrunda digər qrupun üçüncüsü olan Monqolustan yığması ilə qarşılaşıb. 5:3 hesablı qələbə qazanan güləşçilərimiz gənc heyətlə iştirak etdiyi Dünya kubokunu 5-ci sırada başa vurub. Xatırladaq ki, ötən il keçirilən analoji yarışı sərbəst güləşçilərimiz bürünc medulla başa vurmuşdular.