Ukraynanın Konça-Zaspa təlim-məşq bazasında hazırlığı başa vuran qadın güləşçilərimiz Polşanın Spala şəhərinə yola düşüblər.
Baş məşqçi Semyon Çterev və böyük məşqçi Nazim Əlicanovun rəhbərliyi altında 5 güləşçimiz - Mariya Stadnik (48 kq), Anjela Doroqan (53 kq), Nataliya Sinişin, Yuliya Ratkeviç və Alyona Kolesnik (hamısı 58 kq) "Poland Open" XX beynəlxalq turnirdə qüvvəsini sınayacaq.