İyunun 18-19-da Rumıniyanın paytaxtı Buxarest şəhərində İon Cornianu və Ladislau Simonun xatirəsinə həsr olunmuş beynəlxalq turnir keçirilib. Turnirdə yunan-Roma güləşi üzrə böyüklərdən ibarət yığma komandamızın 3 üzvü də iştirak edib.
"Olimpnews.az” xəbər verir ki, baş məşqçi Cəmşid Xeyrabadi və məşqçi Akif Əliyevin rəhbərliyi altında Buxarestdə ölkəmizi Rövşən Bayramov (59 kq), Elvin Mürsəliyev (80 kq) və Sabah Şəriəti (130 kq) təmsil edib. Güləşçilərimiz yarışı 1 qızıl, 1 gümüş və 1 bürünc medalla başa vurublar. Bütün rəqublərindən üstün olan Sabah Şəriəti turnirin qızıl medalına yiyələnib. Rövşən Bayramov gümüş, Elvin Mürsəliyev isə bürünc medal qazanıb.