Güləş üzrə Avropa çempionatı davam edir

Güləş üzrə Avropa çempionatı davam edir



Yunan-Roma komandamız 3-cü oldu

Rumıniyanın paytaxtı Buxarestdə güləş üzrə gənclər arasında Avropa çempionatı davam edir.
«Olimpnews.az” xəbər verir ki, Avropa çempionatında yunan-Roma üzrə yığma komandamızın üzvləri 3 qızıl, 1 gümüş və 1 bürünc medal qazanıblar.

Güləşçilərimizdən Nofəl Babayev (55 kq), Mikayıl Rəhmanov (60 kq) və İslam Abbasov (84 kq) qızıl medala sahib olublar. Azər Nəsibli (50 kq) gümüş, Sənan Süleymanov (66 kq) isə bürünc medala yiyələnib.

Bu nəticə ilə yunan-Roma üzrə yığmamız 48 xal toplayaraq çempionatı komanda hesabında üçüncü pillədə başa vurub. 62 xal toplayan Gürcüstan birinci, 50 xal toplayan Rusiya isə ikinci olub.
Xatırladaq ki, yunan-roma güləşçilərimiz ötən il də Avropa çempionatını 5 medalla (3 qızıl, 1 gümüş və 1 bürünc) tamamlamışdılar.

Qadın güləşçilərimiz Avropa çempionatında mübarizəyə bu gün qoşulublar. Böyük məşqçi Konstantin Konorev və məşqçi Aslan Ağayevin rəhbərliyi ilə çempionatda 5 güləşçimiz qüvvəsini sınayır.
Görüşlərin idarə olunmasında Azərbaycanı beynəlxalq dərəcəli hakim İntiqam Alıyev təmsil edir.

Gənclər arasında Avropa çempionatı iyunun 26-da başa çatacaq.