Akrobatlarımız Qazaxıstanın Pavlodar şəhərində keçirilən "İrtışskiye Zorı” beynəlxalq turnirdə uğurla çıxış ediblər.
"Olimpnews.az” Azərbaycan Gimnastika Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, 12-18 yaş qrupunda çıxış edən qarışıq cütlüyümüz Abdulla Əl-Məşayxi və Ruhidil Qurbanlı rəqibləri arasında ən yaxşı nəticə göstərərək fəxri kürsünün ilk pilləsinə qalxıb. 13-19 yaş kateqoriyasında yarışan Azərbaycanın digər qarışıq cütlüyü Nurcan Cabbarlı və Ağasif Rəhimov gümüş medala sahib olub. Böyüklər arasında çıxış edən kişi cütlüyümüz Seymur Cəfərov və Murad Əkpərov da yarışda ikinci pillədə qərarlaşıb.