Pəhləvanlarımız Almaniyadan 9 medalla qayıdıblar

Pəhləvanlarımız Almaniyadan 9 medalla qayıdıblar



İyulun 2-3-də Almaniyanın Dortmund şəhərində sərbəst və yunan-Roma güləşi üzrə keçirilən Qran-pri beynəlxalq turniri başa çatıb.

"Olimpnews.az" xəbər verir ki, pəhləvanlarımız beynəlxalq turniri 9 (7 qızıl, 2 gümüş) medalla başa vurublar. Medallardan 6 qızıl, 2 gümüş medal sərbəst güləşçilərin, 1 qızıl medal  isə yunan-Roma pəhləvanlarının payına düşür.

Qızıl medalları yığmamıza yunan-Roma güləşçisi Rafiq Hüseynov (75 kq), sərbəst güləşçilər Toğrul Əsgərov (65 kq), Nurməhəmməd Hacıyev (86 kq), Xetaq Qazyumov (97 kq), Hacı Əliyev (61 kq), Gitinomaqomed Hacıyev (70 kq) və Cəmaləddin Məhəmmədov (125 kq) qazandırıb. Şərif Şərifov (86 kq) və Mircəlal Həsənzadə (57 kq) isə gümüş medala yiyələniblər.